Rusiya Futbol İttifaqının rəsmisi ilə AFFA-da görüş keçirilib

AFFA-nın inzibati binasında Rusiya Futbol İttifaqının danışılmış oyunlar üzrə nümayəndəsi Oleq Altuxov ilə görüş keçirilib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı “Danışılmış oyunlarla bağlı təcrübə mübadiləsi” çərçivəsində baş tutub.

Görüşdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak edib.