Rusiya Finlandiyanı hədələdi

Finlandiyanın NATO-ya üzvlüklə bağlı bəyanatı Rusiyadan çox sərt cavab alıb. Digər tərəfdən NATO cəbhəsindən də açıqlama verilib.
Haberglobal -a istinadən Operativ.tv xəbər verir ki, Rusiya Finlandiyadan NATO-nun bəyanatlarına təhdidlərlə cavab verib. Kremlin bəyanatında deyilir: "Finlandiya AB-nin Rusiyaya qarşı dost olmayan addımlar atmağa başlayıb. Bu, peşmançılıq gətirən addımdır və buna cavab veriləcək. Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün birbaşa təhdiddir".
Bəyanatda həmçinin, "NATO-nun genişlənməsi nə dünyanı, nə də Avropanı daha sabit hala gətirməyəcək. Rusiya Ukraynaya müdaxilə etməyə çalışan və hərbi əməliyyatın qarşısını almağa çalışanlara ən qətiyyətli cavabı verməyə hazırdır."
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: "Finlandiyanın NATO-ya üzv olması köklü dəyişiklikdir. Rusiya buna cavab olaraq addımlar atmalı olacaq. Biz həm hərbi, həm də digər normalarda cavab verəcəyik. Milli təhlükəsizliyə təhdidlər artır".
Bundan əlavə, NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın bəyanatından məmnunluğunu ifadə edib. Stoltenberq, "Finlandiyanın üzvlüyü həm NATO, həm də Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. Finlandiya üzvlük üçün müraciət edərsə, NATO-da müsbət qarşılanacaq və üzvlük prosesi rəvan və sürətli olacaq" deyə vurğulayıb.

Digər tərəfdən, Ukrayna prezidenti Zelenski Finlandiya prezidenti ilə telefonla danışıb və NATO-ya üzvlük qərarını dəstəkləyib.