Rusiya ABŞ-ın İran əleyhinə açıqlamasına münasibət bildirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İdarə Heyətində ABŞ-ın İran əleyhinə iddialarına reaksiya verib.   Dünən mətbuata verdiyi açıqlamada ABŞ-ın İran əleyhinə iddialarından narazılığını ifadə edən Ulyanov "İnanıram ki, bu, ABŞ-lı həmkarlarımızın səbrlərini itirdiyini göstərir, lakin hamımız emosiyalarımızı cilovlamalıyıq", - deyib.   Rusiya rəsmisi "Mən xüsusilə ABŞ nümayəndə heyətinin (AEBA İdarə Heyətindəki) bəyanatını mübət qarşılamıram. Bu bəyanatın heç bir faydası yoxdur", - söyləyib.   İranı əməkdaşlıq etməməkdə günahlandıran ABŞ hökuməti AEBA İdarə Heyətinin İran problemini həll etmək üçün bu ilin sonuna qədər fövqəladə iclas keçirməkdən başqa çarəsi qalmayacağı ilə hədələmişdi.