Ruhullah Axunzadə 20 yanvara görə həbsxanadan məktub ünvanladı

Azərbaycan İslam Partiyasının həbsdə olan sədr müavini Ruhullah Axunzadə 20 yanvar ümumxalq hüzn günü ilə bağlı məktub yazıb.

 

Operativ.tv Ruhullah Axunzadənin ünvanladığı məktubu olduğu kimi təqdim edir:

 

"Bağışlayan və Mehriban Allahın adı ilə.

Əziz və möhtərəm Azərbaycan xalqım! (İmam Hüseynin (ə) Aşurasının davamı olan) 20 Yanvar faciəsindən 30 il keçir.

1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə zəmanə Yezidi (l) Qorbaçov başdan-ayağa silahlanmış Sovet quldur dəstələrini Bakıya yeritdi. Həmən gün, yəni 19-Yanvarda biz Astara və Lənkəran əhalisi sərhəd keçid məntəqəsindəki kilidlənmiş dəmir hasarları qırıb (birinci mən) İrandakı həmyerlilərimiz ilə qovuşduq. Və elə həmin gecə Ərdəbil sərhədinə gəldim. Gündüzü Nəminin Sül kəndindəki ağsaqqalları ilə görüşdüm. Sərhədi keçəndə bildim ki, gecə Bakıda qırğın olub.

Sonradan təsadüfən tanış olduğum həkim, hüquqşünas (səhv etmirəmsə adı Tamilla xanım idi) xanım hadisənin iştirakçısı kimi təfsilatı ilə gördüklərini mənə danışdı. Özü və Lalə Şövkət xanım çoxlu şəhid və yaralıları xəstəxanaya çatdırdıqlarını, eləcə də həm sıravi bakılılar və təcili yardım həkimlərin göstərdikləri şücaət və igidliklərini mənə yeri-yerində söylədi. Mən sağ qalanlara və mərdanə yardım edənlərə Sahibəəzzaman (ə.f.) əsgəri olmağı arzulayır, şəhid olanlara isə qiyamət günündə İmam Hüseyn (ə) və 72-şəhidi ilə məşhur olmağı Allahdan diləyirəm.
Siz 20 Yanvar, eləcə də Xocalının məzlun şəhidləri! Elə zənn etməyin ki, zəmanənin Yezidi Qorbaçov qalib oldu! Necə ki, Yezid İmam Hüseyn (ə) və tərəfdarlarını şəhid etməklə qan qılınca qalib gəldi, siz də həmçinin qalib sayılırsınız. Sizin qanınız 70 illik Allahsız Sovetlər rejmini çökdürdü. İnşallah siz şəhidlərin mübarək ruhiyyəsi bizlərə şücaət və qeyrət aşılayar. Quldur Erməni terrorçuları və onları himayə edənləri mat qoyan günə çox az qalıb. Müsəlmanların çörəyini yeyib onların torpağında gen-bol yaşam hüququ qazandıqdan sonra onları arxadan vuran erməni quldur mafiyası və onlara arxa dayaq olan qüvvələr tezliklə islamçıların, Allah ordusunun gücünü görəcəklər.

20 Yanvar şəhidləri başda olmaqla bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Sizə qoşulmaq arzusu ilə ...

 

Allah ordusunun qocaman üzvü.

Ruhullah Höccətullah oğlu Axundzadə".