Rəsmi Dəməşq Türkiyə və ABŞ qüvvələri ilə bağlı BMT-ə çağırış edib

Rəsmi Dəməşq ABŞ və Türkiyə qüvvələrinin ölkədən çıxması üçün BMT Təhlükəsizlik Şurasına çağırış edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Suriyanın BMT-dəki daimi nümayəndəsi əl-Həkam Dandi bu barədə BMT-də çıxış edib.

Suriyanın BMT-dəki nümayəndəsi Türkiyənin Suriyanın şimalında mümkün əməliyyatının yaxınlaşması, habelə ABŞ qüvvələrinin Fəratın şərqində kök atıb yerləşməsilə bağlı BMT Təhlükəsizlik Şurasına çağırış edib və iki dövlətin qüvvələrinin Suriyadan çıxarılmasını tələb edib.

"Təhlükəsizlik Şurasının bəzi üzvləri Suriyada terrorizm, ölkə ərazisinə təcavüz, insanların qaçqın duşməsına səbəb olan addımlar və sairlərə məhəl qoymamağa davam edirlər", deyə o əlavə edib.