Ronaldo daha bir rekord qırdı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya rekorduna imza atıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun DÇ-2022-nin 1/8 finalında İsveçrə ilə matçı (6:1) 400-cü beynəlxalq oyunu olub. İndiyədək heç kim 400 beynəlxalq oyun həddinə çatmayıb.

Bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) məlumat yayıb.

Ronaldo bu 400 matçın 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib. Forvard Çempionlar Liqasında 187, Avropa Liqasında 8, klublararası dünya çempionatının 8, UEFA Superkubokunda isə 2 görüşdə meydanda olub.