Roma Papası istefası ilə bağlı yayılan xəbərləri təkzib edib

Roma Papası Fransisk tezliklə vəzifəsindən istefa vermək niyyətində olması ilə bağlı şayiələri təkzib edib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Roma Papası Fransisk bu yayın sonunda istefa vermək fikrinin ağlından belə keçmədiyini söyləyib.

Qeyd edək ki, Roma Papası 2013-cü ildəki açıqlamasında istefa verə biləcəyini demişdi.

Papa Fransisk bu həftə Konqo və Cənubi Sudana səfər etməli idi, lakin həkimlər onun daha çox müalicəyə ehtiyacı olduğunu bildirdiyi üçün səfəri ləğv etməli olub.

O, həmçinin bu ayın sonunda Kanadaya daha sonra isə Moskva və Kiyevə səfər edəcəyinə ümid etdiyini bildirib.