Roberto Mançini dünyanın ən yaxşısı seçilib

Ən yaxşı yığma məşqçilərinin siyahısı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) keçirdiyi səsvermənin nəticələrini dərc edib.

İtaliya yığması ilə Avropa çempionu olan Roberto Mançini planetin ən yaxşısı seçilib. O, səsvermədə 225 xal toplayıb.

Argentina millisinə Amerika kubokunu qazandıran Lionel Skaloni ikinci yeri tutub. İlk “üçlüy”ü fransalı Didye Deşam qapayıb.

1. Roberto Mançini (İtaliya) - 225
2. Lionel Skaoloni (Argentina) – 30
3. Didye Deşam (Fransa) – 25
4-5. Camel Belmadi (Əlcəzair) – 15
Tite (Braziliya) – 15