Robert Levandovski növbəti dəfə "Qızıl buts"a yiyələnib

"Bavariya"nın futbolçusu Robert Levandovski 2021/22 mövsümündə "Qızıl buts"un sahibi olub.

SalamNews xəbər verir ki, Bundesliqada 2020/2021 mövsümündə 34 matçda 35 qol vuran polşalı hücumçu Avropa liqalarının ən yaxşı bombardiri olub.

Qeyd edək ki, ötən mövsüm də "Qızıl buts"u Levandovski qazanmışdı.