Rəisi: Sionistlər məkrli məqsədlər güdürlər

İran prezidenti İbrahim Rəisi danışıqlar aparmaq üçün Tehrana gələn Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik üzrə müşaviri Şeyx Təhnun bin Zayid Əl Nəhyanı qəbul edib.

İran-BƏƏ münasibətləri ilə bağlı prezident Rəisi deyib: "Region ölkələri ilə yaxşı münasibətlər yeni hökumətin strateji prioritetlərindən biridir. Ona görə də BƏƏ ilə əlaqələrin inkişafını alqışlayırıq"-deyib. Rəis sözünə davam edərək: "İki müsəlman ölkəsi arasında münasibətlərdə heç bir maneə olmamalıdır və bizim ikitərəfli münasibətlərimiz xarici münaqişələrin təsiri altında olmalıdır. Region ölkələrinin düşmənlərinin siyasəti qonşu dövlətlər arasında qorxu yaratmaqdır, bu cür sui-qəsdlər bundan sonra da olacaq”-əlavə edib.

İranın bölgədə yaşayan müsəlmanları dəstəklədiyini bildirən Rəisi “Sionistlər bölgədə öz məkrli məqsədlərini həyata keçirdikləri hər yerdən genişlənmə və fitnə yaymaq üçün istifadə edirlər. Ona görə də region ölkələri diqqətli olmalıdır”-deyə qiymətləndirməsini edib.

Prezident Rəisi həmçinin "Bölgədəki ölkələrin təhlükəsizliyi bir-birinə bağlıdır. Ona görə də İran olaraq Fars körfəzində sahili olan qonşu ölkələrin təhlükəsizliyini dəstəkləyirik" fikirini söyləyib.

BƏƏ rəsmisi "Biz bu bölgənin oğullarıyıq və taleyimiz də eynidir. Ona görə də iki ölkə arasında əlaqələrin inkişafı gündəmimizdədir" deyib.