Rəisi: ABŞ Qasim Süleymanini İŞİD-lə mübarizə apardığı üçün şəhid etdi

İran prezidenti siyasi və qarant bəhanələrilə İrana qarşı qətnamənin qəbul edilməsi və Qərb tərəfinin yenidən öhdəliyi pozmasının qarşısını almaq məqsədilə qarant məsələlərinin həll edilməsinə və etimadolunası təzminata təkid edib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Seyid İbrahim Rəisi dünən gecə xalq ilə canlı telesöhbətdə nüvə müzakirələri işinin son durumu barədəki sualın cavabında Fransa prezidenti Emmanuel Makronla son görüşünə işarə ilə deyib ki, həmin görüşdə qarant məsələlərinin həll edilməsi və İran xalqının iqtisadi mənfəət imkanı ilə sanksiyaların davamlı səkildə aradan qaldırılması kimi iki prinsipə təkid edib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin siyasi yanaşmasını tənqid edən Rəisi bildirib:

"Agentliyin məsul şəxsləri İranın nüvə sənayesindən baxış keçirdikdən sonra elan edirlər ki, yayınma baş verməyib, amma Avropaya qayıdan və ya sionist rejim tərəfindən onlara zəng edilən kimi, ifadə tərzləri dəyişir ki, bu mövqedəyişmə, məsələyə siyasi yanaşmanın əlamətidir.

Rəisi həmçinin siyasi dairələr və medialar tərəfindən böyük diqqətlə qarşılanan onun BMT Baş Assambleyasında Şəhid Qasım Süleymaninin şəklini göstərmək üzrə təşəbbüsü, həmçinin bu təşəbbüsün mesajı və məqsədi haqda belə deyib: Demək istədim ki, İŞİD-in yaradıcıları amerikalılar olublar və İŞİD və terrorizmlə mübarizənin qəhrəmanı olan Hacı Qasım Süleymani məhz amerikalılar və Amerikanın sabiq prezidentinin əli ilə şəhid edilib.

İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyü ilə ölkəmizin iqtisadi cəhətdən Asiyanın iqtisadi infrastrukturlarına qovuşduğunu dilə gətirən Rəisi vurğulayıb: Şanxay təşkilatı özündə dünya əhalisinin diqqətəlayiq bir hissəsinə yer verib. Təşkilata üzv ölkələr dünya iqtisadiyyatının mühüm bir hissəsinə malikdirlər və təbii ki, İranın bu ölkələrlə iqtisadi-ticari əlaqələri İran ticarəti və iqtisadiyyatının inkişafına kömək edə bilər.

Rəisi həmçinin xanım Məhsa Əmini üçün baş vermiş hadisə barədə deyib: Məhsa Əmininin vəfat etməsi macərasında bizim prinsipimiz, şəffaflıq və ədalətdir; əgər bu məsələdə bir qüsur və təqsir olmuş olarsa, bilin ki, təqib olunacaqdır.

Rəisi sonra son iğtişaşlar barədə söyləyib: Bütün İran xalqı belə bir cəhətdə müttəfiqdir ki, bu gün ölkədə hər hansı çaxnaşma və iğtişaş, xalqın canı və malına təcavüzə və təhlükəsizliyin alınmasına bais olacaq. Bu üzdən, hər kəs və hər bir qrup tərəfindən iğtişaş, qəbuledilməzdir.

Xalqın bu məsələdə əks-inqilabçıları nakam qoyduğunu bəyan edən İran prezidenti bildiribdir ki, onlar keçmiş fitnələrdə olduğu kimi, ölkədə qarmaqarışıqlıq yaratmaq istəyirdilər.