Əri ölsün deyə cadu etdirirdi və aldadıldı

Almaniyada yaşayan və həyat yoldaşı üçün ölüm cadusu etdirmək istəyən F.A adlı 22 yaşlı Türkiyə vətəndaşı internetdən bu işlə məşğul olan şəxsin əlaqə nömrəsini tapıb və ona zəng vurub. Telefonla danışdığı şəxs cadu məsələsində mütəxəssis olduğun deyib.

 

Danışıqdan sonra A.G adlı şəxs vatsap vasitəsi ilə F.A-ya mesajlar göndərib. O, qadını mütəxəssis olduğuna tam inandırdıqdan sonra ilkin olaraq 1000 avro (1900 AZN) göndərməsi lazım olduğunu söyləyib. Daha sonra cadunun yarımçıq qaldığını, tamamlanması üçün başqa ləvazimatlar da almaq lazım olduğunu, tamamlanmasa başqa fəlakətlərlə üzləşəcəyini deyərək, 20 avqust -25 dekabr 2018-ci il tarixlə arasında qadından hissə-hissə ümumilikdə 8 min avro (15 min AZN) pul alıb.

 

Hadisədən sonra aldadıldığını başa düşən F.A Türkiyənin Anadolu şəhər prokurorluğuna müraciət edib. Araşdırma nəticəsində pulu hesabdan alan şəxsin 23 yaşlı R.A.Ç olduğu müəyyənləşdirilib. O, ifadəsində heç kəsi aldatmadığını, heç kəslə danışmadığını və pulunu almadığını deyib. Bildirib ki, iki il öncə əmlak ofisində işləyirmiş və müdiri ona xaricdəki ofisindən pul gələcəyini, limitinin dolduğunu və ondan pasportunun surətini və bank hesabının nömrəsini istəyib. Və hesabına gələn pulun nəyə aid olduğunu bilmədiyini deyib.

 

Saxlanılan A.G isə pula ehtiyacı olduğu üçün belə bir işi gördüyünü, peşman olduğunu söyləyib.