Reyçel Denber: Azərbaycanda insanlar hələ də siyasi motivli ittihamlarla həbs olunmağa davam edirlər

"Human Rights Watch” insan hüquqları təşkilatı yanvarın 13-də növbəti illik hesabatını açıqlayıb. Təşkilatının Avropa və Orta Asiya regionu üzrə direktor müavini Reyçel Denber Amerikanın Səsinə müsahibədə hesabatın Azərbaycanla bağlı hissəsini müzakirə edib.

Amerikanın Səsi: Xanım Denber, Human Rights Watch 2022 Dünya Hesabatını açıqlayıb. Sizin fikrinizcə hesabatda Azərbaycanla bağlı ən mühüm tapıntılar nədir?

Reyçel Denber: 2022-ci ildə Azərbaycanla bağlı qiymətləndirməmizdə təxminən dörd əsas tapıntı var. Birincisi, 2021-ci ildə rəsmilər siyasi motivli ittihamlarla həbs olunan 40-dan çox insanı azadlığa buraxıb və onlar müxalif siyasətçilər, jurnalistlər, insan hüquqları müdafiəçiləridir və aydındır ki, bu yaxşı bir haldır.

Ancaq təəssüf ki, bu, Azərbaycanda repressiya və avtokratiyanın durumunda ümumi dəyişikliyin olduğu anlamına gəlmir. Hələ də insanlar siyasi motivli ittihamlarla həbs olunmağa davam edirlər və onların çoxu Azərbaycan Xalq Cəbhəsi Partiyasındandır. Bundan əlavə işgəncə və pis rəftarla bağlı da ciddi narahatlıqlar var.

Hətta etirazçılar Saleh Rüstəmova dəstək məqsədilə kiçik dinc etiraz keçirməyə cəhd etdiklərində belə toplaşa bilmədilər, çünki polis insanların zorla məkana getməsinin qarşısını aldı və onları saxladı. Onlar həmçinin kifayət qədər tanınmış müxalif siyasətçi Tofiq Yaqublunu saxladılar, daha sonra Bakıdan uzaq bir yerə aparıb, onu ciddi şəkildə döydülər. Onun şəkilləri çox dəhşətli idi. Yəni aydındır ki, biz çox insanın azadlığa buraxıldığına görə olduqca rahatladıq.

Amma etiraf etməliyik ki, bəzən bu “fırlanan qapı”ya bənzəyir- bəzi insanlar sərbəst buraxılır, onların yerinə daha çox insan saxlanılır və hələ də həbsdə qalan insanlar var.

Biz həmçinin müharibə əsiri olan ermənilərin salamatlığından narahatıq, çünki onların ələ keçirildiyi zaman pis rəftarla üzləşdiklərini göstərən olduqca inandırıcı videolar var idi. Bu, ötən il baş verən kifayət qədər ciddi zorakılıqlar fonunda baş verib. Ona görə də, biz onlara görə çox narahatıq.

Azərbaycanda başqa narahatlıq mənbəyi pandemiya zamanında çox artan məişət zorakılığıdır.

Azərbaycanda qadın hüquqları fəalları və hətta məncə prokurorluq partnyorları, ərləri tərəfindən öldürülən qadınların sayının artdığını etiraf edib. Bunu nəzərə aldıqda, Beynəlxalq Qadınlar Günündə Azərbaycanı İstanbul Konvensiyasını, Avropa Şurasının Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması konvensiyasını imzalamasına çağıran çox kiçik toplantı keçirməyə cəhd olduğu zaman, rəsmilər onların qarşısını aldı.

Bunlar bizim əsas narahatlıqlarımızdır.

Amerikanın Səsi: Sizin də qeyd etdiyiniz kimi, hesabatdakı tapıntılardan biri odur ki, gender zorakılığının davam edib, amma bununla bağlı çox az şikayət qəbul olunub və hökumətin cavabında ciddi boşluqlar mövcuddur. Bu boşlulqar və zoraıkıqlarla bağlı şikayətlərin olmamasının arxasındakı səbəblər nədir? Hökumət Azərbaycanda gender zorakılığını azaltmaq və qadınların üzləşdikləri zorakılıqlarla bağlı şikayət etmələrini təmin etmək üçün nə edə bilər?

Reyçel Denber: Mən xəbərdarlıq etməliyəm ki, bu, Human Rights Watch təşkilatının dərindən araşdırdığı bir məsələ deyil. Bu tapıntılar qadın hüquqları fəallarının bizə anlatdıqlarına əsasən qeyd olunub. Ancaq Azərbaycandakı boşluqlar digər ölkələrdəki boşluqlara bənzəyir. Qadınlar məişət zorakılığı ilə bağlı şikayət etməkdən çəkinirlər, çünki adətən bu şikayətlər araşdırılmır və adətən onlar şikayət edəndən sonra zorakı partnyorları, zorakı həyat yoldaşlarının yanına geri göndərilirlər.

Qaynar xətt var. Amma məncə bizim narahatedici olaraq gördüyümüz başqa bir şey də odur ki, baxmayaraq ki, hökumətin zorakılıqların artdığını qəbul etməsi müsbət bir haldır, digər tərəfdən belə görünür ki, onlar zərərçəkəni günahlandırırlar və “niyə qaynar xəttə zəng etmədiniz” deyirlər. Onlar zəng etmirlər, çünki buna əngəl olan müxtəlif baryerlər var. Bəzən qadınların heç telefona çıxışları olmur.

Məncə biz həmçinin Azərbaycanda məişət zorakılığı ilə üzləşən qadınlar üçün real resurs çatışmazlığının olduğunu qəbul etməliyik.

Amerikanın Səsi: Hesabatda beynəlxalq ictimaiyyətin hüquq pozuntuları və hesabatdakı başqa tapıntılara cavabı ilə bağlı hissə var və onların çoxu ya bəyanatlar və ya hökuməti spesifik addımlar atmağa çağıran qətnamələrdir. Bu bəyanat və qətnamələr hüquq pozanları cavabdeh tutmağa yardım edirmi? Beynəlxalq ictimaiyyət hər hansı başqa addımlar ata bilərmi?

Reyçel Denber: Bu çox yaxşı sualdır, Əzizə. Mən çox şadam ki, siz bunu soruşdunuz. Mən hər hansı bir hökumət və ya BMT ya da Avropa Şurası kimi çoxtərəfli təşkilatın verdiyi bəyanatlarla rəsmilər tərəfindən dərhal edilən müsbət dəyişiklik arasında birə-bir uyğunluq yoxdur nə Azərbaycanda nə də, açığını desəm, əksər ölkələrdə. Məncə bu bəyanatlar iki iş görür. Birinci onlar yığılır və daha sonra tədricən Azərbaycanın öhdəlikləri ilə hərəkətləri arasında uçurum haqqında konsensus yaradır. Mən həmçinin düşünürəm ki, bəyanatlar hökuməti dəyişməyə məcbur etməsə də, ən azından standartları müəyyən edir. Onlar həm Azərbaycan xalqına, həm də hökumətə insan hüquqları normalarına riayət etməyin əsaslarını xatırladır.

Amerikanın Səsi: Azərbaycan hökuməti hesabata münasibət bildiribmi? Siz onlardan hər hansı cavab gözləyirsinizmi?

Reyçel Denber: Hələ ki, yox. Hesabat bu gün yayıldı. Mən onların cavablarını gözləyirəm.

 

Amerikaninsesi