Ərdoğan və Zelenski arasında görüş olub

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Lvovda keçirilən görüşün təfərrüatını açıqlayıb.

“Report” Ukrayna liderinin rəsmi teleqram kanalına istinadən xəbər verir ki, müzakirələrdə Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafındakı vəziyyət və ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub.

“Türkiyə Prezidentinin Ukraynaya səfəri belə bir qüdrətli ölkənin dəstəyinin bariz göstəricisidir. Lvovdakı görüşdə biz Rəcəb Tayyib Ərdoğanla taxıl təşəbbüsünün yaxşılaşdırılması imkanlarını, Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə etdik. Həmçinin müdafiə sahəsində əməkdaşlıq məsələlərinə də toxunduq”, - Ukrayna lideri qeyd edib.

17:37