Ərdoğan və Putin Soçidəki görüşdə müxtəlif mövzuları müzakirə edəcək

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayyib Ərdoğan, Soçidə keçiriləcək danışıqlarda xüsusilə Suriya, Əfqanıstan və Liviyadakı vəziyyət olmaqla geniş mövzuları müzakirə edəcəklər.

SalamNews xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov  jurnalistlərə açıqlamasında deyib.

"Düşünürəm ki, ilk növbədə Suriya, əlbəttə ki, Əfqanıstan, Liviya və digər beynəlxalq mövzularda ənənəvi fikir mübadiləsi olacaq", Peskov bildirib.

Putinlə Ərdoğan arasında danışıqların sentyabrın 29-da Soçidə keçiriləcəyi gözlənilir.

İki prezidentin sonuncu dəfə təkbətək görüşü 2020-ci ilin mart ayında Kremldə baş tutub.