Ərdoğan Ukraynaya rəsmi səfərə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya rəsmi səfərə gedib.

Operativ.tv APA-nın İstanbul müxbirinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.Qeyd olunub ki, səfər zamanı Prezident Ərdoğanı xarici İşlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, milli müdafiə naziri Hulusi Akar və digər rəsmi şəxslər müşayiət edir.