Ərdoğan: Türkiyə Rusiyadan imtina edə bilməz

Türkiyə Rusiya və Ukrayna ilə balanslaşdırılmış siyasət aparır.
Operativ.tv SHAFAQNA TURKEY-yə istinadən verdiyi xəbərinə görə, Ərdoğan vurğulayıb ki, Türkiyə Rusiya və Ukrayna ilə balanslaşdırılmış siyasət aparır. “Biz Putin və ya Zelenski ilə əlaqələrimizi kəsmək niyyətində deyilik”.
Ərdoğan xatırladıb ki, iki ölkə liderləri ilə bir neçə dəfə telefon danışığı olub.
O bildirib ki, yeni dünya müharibəsi nə regiona, nə də ümumilikdə dünyaya fayda verməyəcək.
Türkiyə prezidenti ölkəsinin həm Kiyev, həm də Moskva ilə əməkdaşlığı inkişaf etdirdiyini bildirib.
“Məsələn, bizim Rusiya ilə Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı birgə layihəmiz var və onun gələn il açılması planlaşdırılır. Bu, ölkəmiz üçün çox vacib resursdur. Türkiyə təbii qazın yarısını Rusiyadan alır. Bunlar strateji nöqtələrdir. Hər şeyi bir anda poza bilmərik. Eyni şey qida sahəsində ölkəmizi özünə bağlayan Ukraynaya da aiddir. Türkiyə regionda sabitliyin mühüm komponentidir və biz öz mövqeyimizi qorumalıyıq” - deyə Ərdoğan bildirib.