Ərdoğan: Marketlərdə 40 çeşiddə məhsula endirim ediləcək

Qırmızı ət məhsullarına 30-35 faiz endirim olacağını açıqlayan Ərdoğan son çıxışında 40 növ məhsula endirim edəcəyini deyib.

Operativ.tv türk mediasına istinadən xəbər verir ki,  Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan Kənd Təsərrüfatı Kredit Kooperativlərində satışa çıxarılan bəzi məhsullara, xüsusilə qırmızı ət məhsullarına endirim ediləcəyini bildirib. Prezident Ərdoğan bazar ertəsi satışa çıxarılacaq endirimli məhsullarla bağlı yeni açıqlama verib. Ərdoğan Çorumdakı kollektiv açılış mərasimindəki çıxışında “Kənd Təsərrüfatı Kredit Kooperativlərində 40 fərqli məhsulda ciddi endirimə gedirik. Bəzi mağazalar şəbəkəsi də özlərini buna uyğun tənzimləyəcəklər”-Ərdoğan əlavə edib ki, "Avropalılar qışı necə keçirəcəyimizi düşünərkən, biz artıq enerji təchizatı təhlükəsizliyimizi təmin etmək üçün strateji araşdırmalar aparırıq. Ümid edirəm ki, Əbdülhəmid Xan Qara dənizdə təbii qaz kəşf edilib millətimizə müjdə verəcək.”