Ərdoğan: Bəşər Əsədlə görüş mümkündür, bəzi təmaslar var

“Zamanı çatsa Bəşər Əsədlə görüş mümkün olacaq.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu əl-Məyadin telekanalına açıqlamasında deyib.

Telekanalın müxbirinin Suriya prezidenti Bəşər Əsədlə görüşü ilə bağlı sualı cavablandıran Ərdoğan bunun mümkün olduğunu deyib.

O, həmçinin bildirib ki, iki ölkənin kəşfiyyat qurumları arasında təmaslar və danışıqlar gedir.

Qeyd edək ki, Ərdoğan Özbəkistana səfəri zamanı Bəşər Əsədin də Daşkəndə gələcəyi təqdirdə onunla görüşmək istədiyini bildirmişdi.

Suriyada daxili qarşıdurma başlayandan sonra iki ölkənin rəsmi əlaqələri dayanıb.