Ərəbistan: Türkiyə Mərkəzi Bankına 5 milyard dollar köçürməyə qərar verdik

Operativtv.com Rasthaber -ə istinadən Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cədan Türkiyə Cümhuriyyəti Mərkəzi Bankına (TCMB) 5 milyard dollar köçürmə qərarı aldıqlarını bildirib.

"Biz Türkiyəyə 5 milyard dollar göndərmək qərarına gəldik. Bu qərar verildi. Razılığa gəldik, deyə bilərəm ki, bir neçə gün ərzində yekun şərtlər və bəzi texniki hesablamalarla bağlı razılığa gələcəyik".

Bir neçə gün ərzində Türkiyəyə 5 milyard dollar göndəriləcəyini qeyd edən əl-Cədan, texniki məsələlər həll edildikdən sonra prosesin sürətlənəcəyini də bildirib. “Bizim Türkiyə ilə çox yaxşı münasibətimiz var” deyən Səudiyyə naziri “Biz də bu əlaqələri daha da yaxşılaşdırmaq üçün çalışırıq. Türkiyəyə investisiyalar baxımından da imkanlar axtarırıq və 5 milyard dolların göndərilməsi qərara alınıb”. Nazir həmçinin Türkiyə ilə maliyyə depozitləri ilə bağlı danışıqların davam etdiyini və bu məsələnin tezliklə həll olunacağını bildirib.