Razi Hümbətovun məhkəməsi sabah davam edəcək

Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Razı Hümbətovun növbəti məhkəmə iclası sabah saat 10:00-da davam edəcək. Son məhkəmə, şahidlərin gəlməmə səbəbindən məhkəmə təxirə düşmüşdü. Ümumən Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək dinləmələr pandemiya səbəbindən kütləyə qapalıdır.

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 7 İyul 2021-ci ildə saxlanılmış və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülmüşdü. Bakının Nərimanov rayon Məhkəməsi Hümbətov barəsində həbs qətimkan tədbiri seçmişdi. O özü ittihamları qəbul etmir və bütün bunları onun siyasi baxışları səbəbindən saxta olaraq dəyərləndirir. Razi Hümbətov yaşadığı məntəqədə narkotika ilə mübarizədə seçilən gənc olaraq tanınır. Qəribəsi də onun məhz narkotika iddihamı isə saxlanılmasıdır.