Rayonlara torpaq yolla keçmək istəyənlər cərimələnəcək - AÇIQLAMA

“Rayon istiqamətinə torpaq yolla keçmək istəyən şəxslər xüsusi texniki vasitələrlə müəyyən olunaraq, cərimələnəcək”. 

Bunu bu gün Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. 

Onun sözlərinə görə, həmin avtomobillər karantin postları istiqamətində olan yollarda quraşdırılacaq, karantin postlarında həmin avtomobillər dərhal qeydə alınıb cərimələnəcəklər:

“Ona görə də torpaq yollarla karantin postundan yayınmağa cəhd etməsinlər”.