Rassel Krou: "BMT qətnamələri kağız parçası deyil"

Məşhur Hollivud aktyoru Rassel Krou bəyan edib ki, BMT qətnamələri kağız parçası deyil. 
 
"Sputnik Azərbaycan"ın məlumatına görə, amerikalı aktyor bu sözləri "Instagram" hesabında paylaşıb. 
 
"Mən 30 il əvvəl olduğu kimi bu gün də müharibəyə qarşıyam. Siyasətçilər başa düşməlidirlər ki, BMT qətnamələri kağız parçası deyil", - Krou türk aktyorlar Cem Yılmaz, Yılmaz Erdoğan və digərləriylə birgə çəkildiyi şəkli paylaşaraq, bu sözləri ifadə edib. 
 
Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamə (822, 853, 874 və 884) erməni hərbi qüvvələrinin işğal altındakı Azərbaycan torpaqlarından tam və qeyri-şərtsiz çıxmasını tələb edir. 
 
Rassel Krou "Qladiator", "Ağıl oyunları", "Nokdaun", "Los Ancelesin sirləri" və digər populyar filmlərdə baş rolları ifa edib.