Qurban Qurbanov: "İclasda De Byazidən başqa heç kimin adı çəkilməyib"

"Milli ilə bağlı bir neçə dəfə demişəm ki, hər hansı fikrim yanlışlıq olar. Kazbek Tuayevin müsahibəsini oxudum. Orada Canni De Byazidən başqa heç kimin adı çəkilməyib. Ona görə narahat olmayın".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə müqavilənin uzadılmasına və İcraiyyə Komitəsinin son iclasında adının yığma ilə yanaşı hallanması barədə xəbərlərə münasibət bildirərkən deyib.

49 yaşlı mütəxəssis milli komandaya uğurlar arzuladığını söyləyib: "Həqiqətən də millinin uğurlu çıxışını çox istəyirəm. Futboldan başqa heç bir peşəm hazırda yoxdur. Özüm ylğmada həm futbolçu, həm baş məşqçi olmuşam. AFFA İcraiyyə Komitəsində yer almışam. Hazırda yalnız futbolu düşünürəm".