Quranın İtalyanca tərcüməçisi mükafata layiq görülüb

Filosof, yazıçı və Quranın İtalyanca tərcüməçisi Qətərdə 2022-ci ildə Dinlərarası Dialoq üzrə Beynəlxalq Mükafatın qalibi olub.

Operativ.tv Giperssilka.ru-ya istinadən xəbər verir ki, 24 may Çərşənbə axşamı günü başlayan "Dinlərdə, təcrübədə və mətnlərdə nifrət sözləri" 14-cü Doha Dinlərarası Dialoq Konfransı Dohada, qaliblərin təqdir olunması ilə sona çatıb.

Hazırda "Təvəssul" Nəşriyyat və Araşdırma Mərkəzinin direktoru olan Sabrina Lei də mükafat alanlardan biri olub.

Bu görkəmli tədqiqatçı 50-dən çox İslam əsərini italyan dilinə, eləcə də islamla bağlı kitabları italyan dilinə tərcümə etmişdir.

O, Abdullah Yusif Əlinin ingilis dilində olan Quran nüsxəsini italyan dilinə tərcümə etmişdir.