Qüds Qüvvələrinin komandanından ABŞ-a xəbərdarlıq

  İnqilab Keşikçiləri Ordusunun “Qüds” qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani İslam düşmənlərinin istədiklərini etmək üçün zamanın keçdiyini bildirərək, ABŞ-a İran ətrafındakı bölgəni tez bir zamanda tərk etmələri barədə xəbərdarlıq edib.

İnqilab Keşikçiləri Ordusunun “Qüds” qüvvələrinin komandanı, briqada generalı İsmayıl Qaani amerikalıların hiyləgər və qatil olduqlarını, 20 ildir Əfqanıstanda döyüşdüklərini və ən pis şəkildə məğlub olduqlarını bildirib. Briqada generalı Qaani, "Amerikalılara mesajımız budur ki, ətrafımızdakı coğrafiyadan çıxmaq üçün hələ vaxtınız var, əks halda Əfqanıstandan qaçdığınız zaman başınıza gələn eyni şeyi sizə yaşatacağıq" deyib.