Quba meşələrində yanğın başlayıb

Bu gün saat 13:50 radələrində Quba  rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş verib. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, daha sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçib və 0,5 hektara yaxın ərazini əhatə edib.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları cəlb olunub.

Hazırda yanğının qarşısının alınması istiqamətində operativ tədbirlər görülür.