Qətər: İran nüvə sazişi regionda sabitliyi təmin edən əsas amillərdəndir

 “Biz İranın nüvə sazişinin bərpasının vacibliyinə inanırıq, çünki bu regional sabitliyə töhfə verən amildir.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Ali-Sani bunu Bloomberg-ə müsahibəsində deyib.

Qətər XİN rəhbəri bildirib ki, ölkəsi bütün tərəflərlə danışaraq nüvə danışıqlarında konstruktiv rol oynamağa çox çalışır və İran və digər tərəflərin razılığa gəlməyə hazır olduğunu görür.

Məhəmməd bin Əbdürrəhman Ali-Sani ayrı-ayrılıqda İran və Amerika rəsmiləri ilə, tərəflər arasında nüvə sazişinin bərpasına görə danışıqlar həyata keçirdiyini bildirib və bu müzakirələrin nəticə verəcəyini ümidvarlığını dilə gətirib.

O bildirib ki, regionda sabitliyin amillərindən biri də İran nüvə sazişinin bərpasıdır.

Qeyd edək ki, qətərli nazir ötən gün BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində İran XİN rəhbəri, eləcə də, ABŞ-ın İran üzrə nümayəndəsi Robert Mali ilə görüşüb.