Qətər humanitar təşkilatı terrorçu siyahısına saldı

Qətər hökuməti axtarışda olan terroristlərin yeni siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Qətərin Daxili İşlər Nazirliyinin açıqladığı yeni terrorçu siyahısında humanitar təşkilatın da adı salınıb.

Siyahıda 11 qətərli, 2 səudiyyəli, 4 misirli,2 iordaniyalı olmaqla 19 terrorçunun adı qeyd edilib.

Siyahıya ABŞ Maliyyə Nazirliyi və Qətəri blokadaya alan ölkələrin terror siyahısında adı keçən Abdülrəhman Umeyr Rəşid en-Nuayminin də adına rast gəlinir.

Bundan başqa, Qətərin hüquq mühafizə orqanları terrorçu siyahısına Yəmən “Əl-İhsan” Yardım Təşkilatının da adını da əlavə edib.