Qrossi İranda səfərdədir

Eastnews.org-un verdiyi xəbərə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sədri Rafael Qrossi İran rəsmiləri ilə görüşmək üçün dünən axşam Tehrana gedib.   Qrossinin Tehrana səfəri zamanı AEBA ilə İran Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq üçün aydın çərçivənin yaradılması ilə bağlı müzakirələr aparılacaq.   AEBA rəhbəri bu gün səhər İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ilə görüşəcək.   Bu görüşdən sonra AEBA nümayəndə heyəti İran Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşəcək.