"Qərbin təzyiqlərinə baxmayaraq xarici şirkətlər Rusiya bazarını tərk etmək istəmir"

Qərbin görünməmiş təzyiq və şantajına baxmayaraq, xarici şirkətlərin 77%-dən çoxu Rusiyadakı bizneslərini bağlamayıb.

Operativ.tv APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib. "Aİ-nin sanksiya siyasəti qiymətlərin artmasına, inflyasiyaya və enerji resurslarının qıtlığına səbəb olub. Görünməmiş təzyiqlərə, şantajlara və sanksiyalara baxmayaraq, 1382 xarici şirkətin 77,6%-i Rusiyada biznesini bağlamadı", - deyə o qeyd edib.

Volodinin sözlərinə görə, xarici şirkətlər "Rusiya bazarını tərk etmək istəmirlər", çünki onlar nəinki xərc çəkirlər, əksinə geri qayıtmaq perspektivini itirirlər.