Qlobal buğda ehtiyatları həyəcan təbili çalır: 10 həftəlik qalıb

Ərzaq böhranının yaxınlaşması ilə bağlı dəfələrlə xəbərdarlıq edən kənd təsərrüfatı analiz firması Gro Intelligence CEO-su Sara Menker, dünyada 10 həftəlik istehlak üçün kifayət qədər buğda ehtiyatının olduğunu söylədi.
Cumhuriyet-ə istinadən Operativ.tv xəbər verir ki, Gro Intelligencenin məlumatına görə, ehtiyatlarda 10 həftə ərzində dünya istehlakını təmin edəcək qədər buğda qalıb. Bu rəqəmin 2008-ci il maliyyə böhranından bəri görülən ən aşağı səviyyə olduğu bildirilir.
Bloomberg HT-də yer alan xəbərə görə, bu səviyyə gözləniləndən daha pis hesab edilir. Dövlətlər qlobal buğda ehtiyatlarının illik istehlakın 33 faizini təşkil etdiyini iddia edərkən, Gro Intelligence-in baş direktoru Sara Menker cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi ilə bağlı iclasda çıxış edərək, bu nisbətin əslində yüzdə 20-yə yaxın olduğunu söylədi.