Qırğızıstan ABŞ aviabazasından imtina etdi

Giperssilka Oxu.az-a istinadən xəbər verir ki, Qırğızıstan öz ərazisində ABŞ aviabazası yerləşdirməyəcək.

Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov danışıb.

“Bizim Kantda Rusiya bazamız var. Bizə bir baza kifayət edir. Biz iki bazanı ərazimizdə yerləşdirməklə supergüclərlə siçan-pişik oynamaq istəmirik”, - deyə o bildirib.