Qəflət insan beynini dumanlardıran yarımyuxulu halətdir.

İlahiyyatçı Hacı Ramil Bədəlov növbəti cümə xütbəsini Bakının Sabunçu məscidində oxuyub. "İlahi Məhəbbət" mövzusunda silsilə çıxışlar edən ilahiyyatçı bu həftə də mövzunu davam etdirib. İlk öncə vəhdət həftəsi, İslam Peyğəmbəri (s) və İmam Sadiqin (ə) mövludu münasibəti ilə İslam ümmətini təbrik edən xətib ötən həftələr başladığı söhbətinin davamda dedi: “ İlahi eşq qarşılıqlıdır. Bəndənin Allaha eşqi olduğu kimi Allahın da bəndəsinə eşqi var. Təbii ki, bu eşq özü də ümumi xüsusi, iki hissəyə bölünür. Ümumi sevgi hamıya şamil ola bilər. Lakin xüsusi sevgi həm çətin qazanıılır, həm də fərqli xüsus yaradır. Xüsusi sevginin insana bəxş etdiyi birinci özəllik insanı qəflətdən oyatmasıdır. Yəni qəflət yuxusunun insanı xumarlandıran halı eşqin maniəsidir. Qəflət insanın beynini dumanlardıran yarımyuxulu halətdir. Özünün vəziyyətini görə bilməkdə maniə olan xumarlanmış insan, bütün işlərini yaxşı bilib rahatlanması həmən o qəflətdir. Qəflət özü də mərhələlidir. Elə qəflətdə olan insan var ki, bir cümlə o dumani dağıdıb onun səmasını aydınlada bilir. Elə insan da var ki, ona uzun illər lazım olduğu kimi heç bir dahışıqlar təsir etmədən qəflətdə ömrü sona yetirənlər də yetərincə çoxdur.

İnsanı qəflət yuxusuna gətirib çıxaran bir çox amillər olur. Yaradılışda insan mükəmməldir, lakin sonradan əməllər, mühit, genetika və sair amillər qəflət yuxusuna gətirib çıxaran xüsusdur. İlahi məhəbbətin özəlliyi insanı qəflət yuxusundan ayıltmaqdır. Qəflət yuxusundan ayılan insan bu dünya üçün yaranmadığını və səthi istəklər üçün doğulmadığını anlayan insandır. Allah bunu belə buyurur ki, bir insanı sevərəmsə, onu qəflət yuxusundan oyadaram.

Qəflətdən oyadılmanın yolu da müxtəlif ola bilər. Bir söz, bir iş, bir hadisə və sair baş verənlər qəflətdən oyatmaq vasitəsi olaraq insanın bütünlükdə dəyişə bilər. Qəflətdən oyanan insanda üç xüsus diqqət çəkər: Günahları xatırlayıb peşmançılıq və tövbə. Nemətləri xatırlamaq. Ömrün dəyərini bilmək”

Sonunda dualar edən xətib gələn həftə mövzunu davam etdirəcəyini bildirdi.