Qeydiyyatsız evlər yenidən gündəmdə - VİDEO

Qeydiyyatsız evlər yenidən gündəmdə - VİDEO

Qeydiyyata alınmayan evlərin sənədləşmə işləri hələ də davam edir

Uzun zamandır ki, həlli yoluna qoyulmayan qeydiyyatsız fərdi yaşayış evləri məsələsi bu gündə öz aktuallığını qoruyub saxlayır.

Qeydiyyatsız evlərin sənədləşdirilməsi məsələsi həm sakinlərin şəxsi mülkiyyət hüququna malik olması həm də əmlak vergisinə cəlb olunmaları baxımından olduqca vacibdir.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimovun sözlərinə görə, 2011-ci ildə Ölkə başçısının qərarına əsasən, iri şəhərlərin bir çoxunda artıq bu işlər başa çatıb, digər yerlərdə isə işlər hələ də davam edir.

Ekspert həm də qeyd edib ki, o yerlərin sənədləşmə işləri aparılır ki, sahibkarların əlində heç olmasa bir sənəd olsun.

Ümid varıq ki, qeydiyyatsız evlərin sənədləşməsi məsələsi çox çəkmədən öz həlli yolunu tapacaq.

Facebook