Qəddafinin oğlu Liviyada siyasi böhranın bitməsi üçün təşəbbüs irəli sürüb

Müəmmər Qəddafinin oğlu Seyful-islam Qəddafi Liviyada siyasi böhranın bitməsi üçün təklif irəli sürüb.

Operativ.tv SalamNews Sputnik-Arabic-ə istinadən xəbər verir ki, Seyful-islam Qəddafi çərşənbə axşamı Liviyadakı siyasi proseslərin dalana dirənməsinin və böhranın həlli təşəbbüsü ilə çıxış edib və səhnədə olan bütün siyasi xadimləri siyasi səhnədən geri çəkilməyə çağırıb.

“Biz əvvəldən deyirdik ki, yeganə dinc, qeyri-hərbi həll yolu hər kəsin iştirak etdiyi qeyri-müstəsna prezident və parlament seçkilərinin keçirilməsidir. Elə bir seçkilər ki, kimsəni istisna etməsin”, deyə o Liviyada siyasi böhranın həlli üçün təşəbbüsünü açıqlayıb.

O, əlavə edib: “Amma təəssüf ki, bu sülh və həll yolu hamıya məlum olduğu kimi xarici və daxili müdaxilələrlə məhv edilib və bütün seçki prosesi dayandırılıb, bu da ölkənin və xalqın vəziyyətinin pisləşməsinə gətirib çıxarıb”.

Qeyd edək ki, Hazırda Liviyada iki paralel hökumətin hakimiyyət uğrunda mübarizəsi səbəbindən yaranan gərgin siyasi vəziyyət nəticəsində iqtisadi böhran yaşanır. Bunlardan biri martın əvvəlində Parlamentin səs verdiyi Fəthi Başağa hökuməti, digər isə mərkəzi qərargahları paytaxt Tripolidə olan Əbdülhəmid Dbeybanin rəhbərlik etdiyi “Milli Birlik Hökuməti” dir. Dbeyba hakimiyyəti parlament vasitəsilə gələn hökumətə təhvil verməkdən imtina edir və seçkilərin keçirilməsini tələb edir.