Qəbələdə 3 maşın toqquşub, polis xəsarət alıb

Qəbələdə zəncirvari qəza olub.

Operativtv.com Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, bu gün saat 10:30 radələrində Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi “VAZ-2107”, Rəhim Məmmədovun idarə etdiyi “VAZ-2106” və Ələsgər Mikayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə iki nəqliyyat vasitəsinin sürücüsü - M.Məmmədov və R.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd olunub ki, Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxtı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.