"Qazprom": Yüksək qaz qiymətləri tələbata mənfi təsir göstərməyə başlayıb

Yüksək qaz qiymətləri artıq tələbata mənfi təsir göstərməyə başlayıb.

"APA-Economics"in məlumatına görə, bunu Rusiyanın "Qazprom"un departament müdiri Aleksandr İvannikov bildirib.

Onun sözlərinə görə, şirkət regionda qazın 1 000 kubmetrinin qiymətini 1 000 ABŞ dollar civarında olmasını dayanıqlı hesab etmir. Buna baxmayaraq, şirkət yaxın aylarda qaz qiymətlərinin nəzərəçarpacaq dərəcədə aşağı düşəcəyini gözləmir.

O həmçinin bildirib ki "Qazprom"un III rübdə rublla ifadə etdiyi qazın ixrac qiyməti tarixdə ən yüksək qiymət qeydə alınıb.

A. İvannikov onu da qeyd edib ki, şirkətin hasilatı 2008-ci ildən bəri maksimum həddədir. 2022-ci ildə şirkətin mənfəəti indiki rekord səviyyələrdən də yüksək ola bilər.