Qazi özünü yandırıb

Operativ.tv xəbər verir ki, "Gənc Qazilər" İB-nin Samux rayon filialının sədri Qazi Abdullayev Təbriz özünü yandırıb. Hadisə Samux rayon İcra Hakimiyyətinin qarşısında baş verib. 1989-cu il təvəllüdlü Təbriz Abdullayev İH binası qarşısında benzin törkərək özünü yandırıb. Yanıq xəsarətləri alan T.Abdulayev xəstəxanaya, oradan isə Bakıdakı Yanıq mərkəzinə göndərildiyi bildirilir. Qazinin vəziyyətinin kafidir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.