Qazaxıstanda yoluxanların sayı 80 mini keçdi

Qazaxıstanda son sutka ərzində daha 1740 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla ölkədə yoluxanların ümumi sayı 80 226-ya çatıb.

Sutka ərzində ən çox yoluxma Almatı və Nur-Sultan şəhərlərində qeydə alınıb.  Bu günə qədər 610 nəfər xəstəlik səbəbindən həyatını itirib, 49,4 min pasiyent isə müalicə olunaraq sağalıb.