Qazaxıstanda terror aktları hazırlayan şəxslər tutuldu

Qazaxıstanın Almatı şəhərində iki nəfər həbs edilib.

 

RİA Novosti xəbər verir ki, saxlanılan şəxslərin evlərinə baxış keçirilən zaman hazırlanmış partlayıcı qurğu, onun istehsalı üçün komponentlər, soyuq silahlar, hücum ediləcək obyektlərin foto və video çəkilişləri olan smartfonlar ələ keçirilib.

 

Xüsusi xidmət orqanlarının məlumatına görə, tutulanlar (14 fevralda tutulublar) respublika ərazisində, o cümlədən izdihamlı yerlərdə terror aktları hazırlayırmışlar.

 

Terror aktına hazırlıq və terrorizmin təbliği faktları ilə cinayət işləri başlanılıb. İstintaq davam edir.