Qazaxıstanda neft yatağında partlayış olub, 2 nəfər ölüb

Qazaxıstanda neft yatağında baş verən partlayış zamanı 2 işçi həlak olub, 3 nəfər isə yaralanıb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, hadisə Atırau vilayətindəki Tengiz neft yatağında baş verib.

Partlayış borunun test olunması zamanı təzyiqin çox olmasına görə baş verib.