Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsi sədrinin iki müavini saxlanılıb

Qazaxıstanda dövlətə xəyanətdə şübhəli bilinən Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavinləri - “A” Xüsusi Təyinatlı Qüvvələr Xidmətinin rəisi Anuar Sadıkulov və Daulet Yerqojin saxlanılıb.

SalamNews xəbər verir ki, bu barədə cümə axşamı Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Ötən şənbə günü komitə DTX-nin keçmiş rəhbəri Kərim Məsimovu dövlətə xəyanət maddəsi ilə həbs etdiyini açıqlayıb.O, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.