Qazaxıstanda 50-dən çox həkim koronavirusdan ölüb

Qazaxıstanda pandemiyanın başlanğıcından 51 həkim ölüb.

Bunu ölkənin Səhiyyə Nazirliyinin rəsmisi bildirib.

Onun sözlərinə görə, ölkə başçısı Kasım-Jomart Tokayev iyulun 13-də vəfat edən bütün həkimləri ölümündən sonra dövlət mükafatları ilə təltif edib.

Qeyd edək ki, Mərkəzi Asiya ölkəsi olan Qazaxıstanda indiyədək 65 188 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 39 066 nəfəri sağalıb, 375-i ölüb.