Qarayaraya yoluxma ilə bağlı araşdırmalara başlanılıb

Qarayaraya yoluxma ilə bağlı araşdırmalara başlanılıb

Sabirabad rayonunda 34 və 26 yaşlarında iki kişi rayon mərkəzi xəstəxanasına gətirilib. 

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar. 

 

Qeyd olunub ki, hazırda xəstəxananın İnfeksion şöbəsində müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. 

 

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb.

Facebook