"Qarabağ"ın qapıçısı: "Bu gün mənim bəxtim gətirdi"

"Oyun ağır alındı. Çünki "Zirə" elə-belə komanda deyil. Çətin olacağını bilirdik. Penaltilər seriyası lotoreyadır. Bu gün mənim bəxtim gətirdi. Mövsüm ərzində komanda kömək etmək imkanım olmur. Şükürlər olsun ki, bu gün belə bir fürsətim oldu".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Qəbələdə "Zirə"yə qalib gəldikləri Azərbaycan Kubokunun final oyunundan sonra deyib.