"Qarabağ"ın oyunu təxirə salındı

"Qarabağ"ın səfərdə "Turan Tovuz"a qarşı keçirməli olduğu Azərbaycan Premyer Liqasının III tur matçı təxirə salınıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu qərar "köhlən atlar"ın Bakıda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə oynayacağı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına daha yaxşı hazırlaşması ilə əlaqədar qəbul olunub.

PFL, Tovuz klubunun da razılıq məktubuna əsasən, Ağdam təmsilçisinin müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, avqustun 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" matçı saat 20:45-də başlayacaq.