"Qarabağ" - "Viktoriya" matçı üçün əlavə biletlər satışa çıxarıldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Viktoriya” oyununda qonaq komandanın azarkeşləri tribunada yer almayacaqlar.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bununla bağlı “Qarabağ” futbol klubunun rəsmi “Facebook” hesabında məlumat yerləşdirilib. Əldə olunmuş razılığa əsasən, 2500 ədəd qonaq sektor biletləri yerli azarkeşlər üçün satışa çıxarılacaq.