Qarabağ Avropa Liqasının qrup mərhələsinə çıxıb

Qarabağ Avropa Liqasının qrup mərhələsinə çıxıb

Azərbaycanın "Qarabağ" klubu öz meydançasında keçirilən oyunda Şimali İrlandiyanın "Linfild" komandasına 2:1 hesabı ilə qalib gələrək, Avropa Liqasının qrup mərhələsinə keçib.
 
Birinci oyunda Ağdam klubu 2:3 hesabı ilə məğlub olmuşdu.
 
Oyunun 6-cı dəqiqəsində İspaniyalı legioner Hayme Romero "Qarabağ"ın çoxgedişli kombinasiyasını uğurla nəticələndirərək, hesabı açıb.
 
Bütün oyuna nəzarət edən Azərbaycan çempionu çox sayda qol məqamı həyata keçirməyib. Oyuna nöqtəni "Qarabağ"ın yarımmüdafiəçisi Abdulla Zubir qoyub. O, Qara Qarayevdən dəqiq uzun pas alaraq, rəqibin qapıçısı ilə təkbətək qalıb və onu aldadaraq topu boş qapıya göndərib.
 
Şimali İrlandiyalılar əlavə edilmiş ikinci dəqiqədə Şeyn Leyverinin qolu ilə hesabdakı fərqi azaldıb.
 
"Qarabağ" tarixi boyunca ardıcıl olaraq altıncı dəfədir Avropa kuboklarının qrup mərhələsinə keçir. Bundan əvvəl Azərbaycan çempionu 1 dəfə Çempionlar Liqasının qrup mərhələsində və 4 dəfə Avropa Liqasında oynayıb.
 
Qrup mərhələsinin püşkatma mərasimi avqustun 30-da keçiriləcək. 

Facebook