Qanunsuz aksiya cəhdlərinin qarşısı alınacaq

"İctimai-siyasi proseslər qanunla tənzimlənir".

"Unikal" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb sanksiyalaşdırılmayan hər hansı qanunsuz aksiyanın, yaxud aksiyaya cəhdlərin qarşısı alınacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə bir qurup şəxsin mayın 14-də Bakıda aksiya keçirəcəkləri ilə bağlı məlumat yayılıb.